• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 23.07.2020 19:06

Evi qanunsuz tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

KepezTV Player

Məsuliyyətsizlik bu və ya digər şəkildə hər zaman bəla gətirir. Bax elə Mingəçüvirdə olduğu kimi. Şəhər Polis Şöbəsinin əməkdaşları aktiv koronavirus xəstəsinin şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk etdiyini müəyyənləşdiriblər. Koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimovun olduğu əraziyə həkim briqadası dəvət edilib. Şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana  aparılıb. Mingəçevir Şəhər Polis Şöbəsində Y.Rəhimov barəsində C cinayət işi başlanılıb və o, polis nəzarətinə götürülüb. Hazırda Y.Rəhimovun əlaqədə olduğu şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.