• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 690
— 23.07.2020 14:31

Şəmkirdə oğurluq edən bacı-qardaş saxlanılıb

KepezTV Player

Şəmkir polisi rayon ərazisində silislə oğurluq edən şəxsləri saxlayıb. Ağstafa sakinləri olan bacı və qardaş Şəmkirdə bir-birinin ardınca üç mağazanı qarət ediblər, əsasən də geyim əşyalarını.

Qardaş mağzaya daxil olur, satıcının başını qatır, bacı isə geyi pal-paltarı oğrulayır. Görüntülər Şəmkir rayonundadır. Bu minvalla Şəmkirdə üç mağazanı qarət edən Ağstafa sakinləri əvvəllər məhkum olunan 36 yaşlı Eldəniz Qasımov və İlhamə Qasımova polis tərəfindən saxlanılıb.

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar cari ilin may-iyul aylarında rayon ərazisndəki mərkəzi bazarda yerləşən 3 qadın geyimləri satılan mağazadan 2160 manat dəyərində ümumilikdə 59 dəst qadın paltarı oğurlayıblar.

Araşdırmalar zamanı o da müəyyən edilib ki, qardaş və bacı Şəmkirdə bir mağazanı iki dəfə qarət etməkdən belə çəkinməyib. Əldə etdikləri geyim əşyalarını müxtəlif ünvanlarda dəyər dəyməzinə satanlar əməllərinə bu cür nəql ediblər.

Eldəniz Qasımov - saxlanılan şəxs: Dedi hansı mağaza yaxşıdır onu qabaqla gedib müəyən edəcəm. Məndən 15-20 metr ara verməklə sən gəlib girərsən dedi. Mən ayrı adam kimi gəlirdim. Deyirdim bu neçəyədir. Deydirdi 15 manat 20 manat. Deyirdim bunun bir az böyük razmeri varmı. Ya başqa rəngi varmı deyirdi hə var. Bu mənə razmer rəng axtaranadək bu götürürdü.

İlhamə Qasımova - saxlanılan şəxs: Mən qabaqla gedib mağazaya girirdim. Görüm orada paltar necədir. Mən giridim guya paltarlara baxıram. Buda gəldi satıcını danışdırdı guya ayrı adamdır. Bu danışdırdı məndə götürdüm.

Dindirilmə zamanı onlar yaşadıqları Ağstafa və qonşu Qazax rayonunda da analoji cianyətlər törədiklərini etiraf ediblər. Bacı və qardaşın əməlindən zərərçəkən şəxslərin yaxınlıqda yerləşən polis orqanlarına, eləcə də 102 zəng mərkəzi xidmətinə məlumat vermələri xahiş olunur.

 

Natiq Hüseyn