• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 23.07.2020 12:10

Narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayıblar

KepezTV Player

“Tik-tok” sosial şəbəkəsində müxtəlif profillər açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan və buna görə guya polis əməkdaşlarının onları cəzalandırmadığını bildirən şəxslər saxlanılıblar. Baş Narkotiklərlə Mübarizə İdarəsi, Səbail RPİ-nin 39-cu və Nərimanov RPİ-nin 17-ci Polis Bölmələrinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkələrdə “Maya” və “Banu” adları ilə qeydiyyatdan keçən Murad Kərimov və Həbib Şahniyarov saxlanılıblar. İfadələrində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiklərini etiraf ediblər. Murad Kərimov və Həbib Şahniyarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və onlar inzibati qaydada cəzalandırılıblar.