• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2004
— 22.07.2020 19:39

Prezident İlham Əliyev sərəncam imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrılıb. Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılıb. Digər sərəncamlarla kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə bir qrup şəxsə fərdi təqaüd, “Əməkdar Mədəniyyət İşçisi”, “Əməkdar Jurnalist” fəxri adı verilib, medal və ordenlərlə, Prezidentin fəxri diplomu ilə təltif ediliblər.