• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 22.07.2020 19:48

Serbiyanın sabiq Prezidenti: “Azərbaycanla münasibətlərimiz tamamilə pozulub"

KepezTV Player

Serbiyanın sabiq prezidenti Boris Tadiç ölkəsinin ermənistana silah satması ilə bağlı məsələyə münasibət bildirib. "Mən öz ölkəmdə silah ixracına kifayət qədər nəzarət edilməməsinin bütün risklərini aşkar şəkildə bəyan etmişəm. Təəssüf ki, mənim açıq müraciətlərim Serbiyanın hazırkı rəhbərliyi tərəfindən nəzərə alınmayıb və bunun nəticəsində mənim ölkəmin beynəlxalq etibarı puç olub. Daha pisi isə odur ki, bu məsələyə görə bizim Azərbaycanla münasibətlərimiz ağlasığmaz dərəcədə və tamamilə pozulub. İyirmi ildən çoxdur Azərbaycanla Serbiya arasında ən sıx səmimi və strateji münasibətlərin qurulmasından, beynəlxalq təşkilatlarda hər iki ölkənin ərazi bütövlüyünün, habelə beynəlxalq hüququn əsas prinsiplərinin müdafiəsinə qarşılıqlı dəstək verilməsindən, müstəsna iqtisadi əməkdaşlıqdan, infrastruktur obyektlərinin inşasından və mədəni mübadilələrdən sonra dost Azərbaycanın əleyhinə hərbi əməliyyatda istifadə edilən silahların Serbiyadan nəzarətsiz ixracına görə xalqlarımızın və ölkələrimizin səyləri üzərinə nəhəng kölgələr salınıb. Mən hadisələrin bu cür cərəyan etməsinə görə öz dərin təəssüf hissimi ifadə etməliyəm. İki ölkə arasındakı dostluq toxunulmaz olaraq qalmalıdır” - sitatın sonu.