KepezTV Player
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müvafiq şəhərlərin və rayonların ərazisində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə ötən sutka ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 775 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 75 nəfər olmaqla ümumilikdə 850 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə 310 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
- Baxış: 965