• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1895
— 22.07.2020 14:36

Narıncı zonada qaydalara əməl etməyənlər cərimələnib

KepezTV Player

Narıncı zonaya daxil edilən Goranboyda da sərt karantin rejimi tətbiq edilir. Rayon polis şöbəsinin əməkdaşları gündəlik olaraq rejimin tələblərini pozan vətəndaşlar barəsində qanuna müvafiq tədbirlər görür. Əməkdaşlarımızın da  iştirak etdiyi növbəti yoxlamalar zamanı xüsusi icazəsi olmadan avtomobil idarə edən xeyli sayda sürücü aşkarlanıb. 

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Goranboy rayon Polis Şöbəsinin əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birlikdə gücləndirilmiş iş rejimində xidmət aparır. Rayonun müxtəlif ərazilərində yoxlamalar keçirilir. Əsas hədəf xüsusi icazəsi olmadan hərəkət edən avtombil sürücülərini aşkarlamaq olub.

Yol polisi əməkdaşları sakinlər arasında profilaktiki tədbirləri davam etdirir. Əsas tələb mümkün qədər evdə qalmaq, zəruri hallarda evdən çıxdıqda isə sms icazədən, tibbi maskadan və dezinfeksiya edici vasitələrdən istifadə etmək tövsiyə edilir. Ancaq aparılan yoxlamalar bir çox sükan sahiblərinin qoruyucu vasitələrədən istifadə etmədiyini üzə çıxarır.  

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Bu günədək 138 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə ediliblər. Əlavə olaraq 6 şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

İyulun 4-dən narıncı zona elan edilən Goranboyda rayona giriş-çıxış və daxili hərəkət məhdudlaşdırılıb.  

Natiq Hüseyn