• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1770
— 21.07.2020 21:05

Şəhid ailələrinə, müharibə əlillərinə mənzillər və avtomobillər təqdim olunub

KepezTV Player

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.62 mənzildən 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub.Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim edilib. Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə toxunan Prezident İlham Əliyev Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini vurğulayıb.

"Lazımi tədbirlər görülüb və qisas əməliyyatı keçirilib"

"Ölkə daxilində elələri tapılır ki, neftin qiymətinin düşməsinə sevinirlər"

Prezident diqqətə çatdırıb ki, qeyri-neft sektoru nə qədər inkişaf edirsə-etsin, əsas gəlir mənbəyimiz neft və qazdır. Amma əfsuslar olsun, ölkə daxilində elələri tapılır ki, neftin qiymətinin düşməsinə sevinirlər.

"Həmrəylik sözdə yox, əməldə olmalıdır"

Dövlət başçısı Azərbaycana göstərilən beynəlxalq dəstəyə toxunaraq bildirib ki, ilk qardaşlıq addımı Türkiyədən gəlib. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında olduğunu deyib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı birmənalı şəkildə Azərbaycanı dəstəkləyib.

"Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur"

Prezident Orduya dəstək nümayiş etdirən minlərlə insanın küçələrə çıxmasını vətəndaş həmrəyliyinin rəmzi kimi dəyərləndirib. Ancaq bundan istifadə edənlər də tapılıb.

"Azərbaycan vətəndaşları işğal edilmiş torpaqlara qayıtmalıdır"

Bir daha vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb və olmamalıdır.