• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 20.07.2020 12:25

8 kiloqram 140 qram heroin götürülüb

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Yardımlı rayonu ərazisində keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayon sakini C. Mirxanlı saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 305 qram narkotik vasitə heroin aşkarlanıb. Əməliyyat tədbirinin davamı olaraq şəxsin yaşadığı evin həyətinə keçirilən baxış zamanı orada gizlədilən 1 ədəd sellofan torbada 8 kiloqram 140 qram heroin götürülüb. Faktla bağlı araşdırma aparılır.