• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1783
— 20.07.2020 12:23

Yevlaxda narkotik əkib-becərən şəxs saxlanılıb

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşlarının “Xaş-xaş 2020” tədbirlər planına əsasən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Yevlax rayonunun Havarlı kənd sakini Şahin Tağıyev saxlanılıb. Onun yaşadığı fərdi evə baxış keçirlən zaman həyətyanı sahədən 107 ədəd ümumi kisi 21.5 kq olan, xüsusi aqrotexniki qaydada qulluq edilən narkotik xassəli çətənə kolları və ümumi çəkisi 9.144 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.

Şahin Tağıyev saxlanılan şəxs: 3-4 ildir istifadə edirəm. Aprel ayında əkmişəm. Quruduqca baxırdım. Torpaq görürdüm quruyub 3-4 gündən bir sulayırdım.

Natiq Hüseyn