• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1973
— 18.07.2020 19:50

Dayısını qətlə yetirib

KepezTV Player

Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini Mahmud Əsgərov qətlə yetirilib. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. İstintaqla hadisənin zərərçəkmişin bacısı oğlu Vüqar Səfərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.