Macarıstan Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.Bu barədə Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.Bölgədəki yaranan vəziyyətlə bağlı narahatlığını bildirən macar nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu vurğulayıb. Beynəlxalq ictimaiyyətin sərgilədiyi ikili standartlara gəldikdə isə bu yanaşmanın Macarıstan tərəfindən də müşahidə edildiyini qeyd edən Peter Siyarto Macarıstan xarici siyasətinin əsasında məhz qarşılıqlı hörmət prinsipinin durduğunu qeyd edib.Macarıstan Aİ ilə Azərbaycan arasında aparılan yeni saziş üzrə danışıqların tezliklə yekunlaşmasının tərəfdarıdır.
- Baxış: 498