KepezTV Player
Müdafiə Nazirliyinin məlumatı
Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Növbəti bölüyün dayaq məntəqəsi, digər uzunmüddətli atəş nöqtəsi də yerlə yeksan edilib.
Müdafiə nazirliyinin məlumatına görə, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir. Nazirlik media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini cəbhədəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan, əsassız məlumatlar yaymamağa,yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.
- Baxış: 412