• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2065
— 14.07.2020 12:18

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

KepezTV Player

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşları hədələyərək guya onlar barəsində rüsvayedici məlumatlar yayacağı ilə zərəçəkənləri qorxudub pul tələb edən şəxs saxlanılıb.

Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunan Eyvaz Əmənov yaşadığı Şirvan şəhərində tutulub. Araşdırma zamanı onun ümumilikdə 5 vətəndaşı hədələyərək ümumilikdə 2000 manatdan artıq pul aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi qanunsuz hərəkətləri etiraf edib. Faktlarla bağlı cinayət işi başlanılıb. Eyvaz Əmənov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.