• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 14.07.2020 12:18

Narkotacirlərə qarşı əməliyyat keçirildi, saxlanılanlar var

KepezTV Player

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat həyata keçirilib. Baş İdarəyə Pərviz adlı şəxsin Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Əvvəllər dəfələrlə məhkum olunan Pərviz Məmmədəliyev tutulub. Yaşadığı  evə baxış keçirilən zaman 755 qram həşiş qətranı, 242 qram heroin, 59 qram metamfetamin, 31 ədəd metadon həbi, 2 ədəd eletron tərəzi və sandıqçasında 4 ədəd patron olan “Sieger” markalı qaz tapançası aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə Goranboy rayon sakini, əvvəllər dəfələrlə məhkum olunan Əhməd Ərəbov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.  Üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 9 qrama yaxın olan heroin aşkar olunub. Hər iki şəxs paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.