KepezTV Player
Gürcüstandan təxliyə edilən 200 Azərbaycan vətəndaşı Tbilisidən yola salınıb. Vətəndaşlar 4 xüsusi avtobusla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə gəliblər. Onları Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları müşayiət ediblər. Təxliyə edilən şəxslər iyulun 11-də Tbilisidəki klinikada testlərdən keçirilib və heç birində COVİD-19 virusu aşkarlanmayıb.
- Baxış: 340