• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1927
— 13.07.2020 11:51

Şəhid olan hərbçilərimiz dəfn edilib

KepezTV Player

Vətən yenə şəhidi ilə ucalıb. İyulun 12-də və 13-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücum cəhdi nəticəsində 4 hərbçimiz şəhid olub. Azərbaycan Ordusunun şəhidlik zirvəsinə yüksələn igidləri son mənzilə yola salınıblar.

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçularımızdan çavuş Vüqar Sadıqovun nəşi doğulub boya başa çatdığı Ağstafa rayonunun Göycəli kəndinə gətirilib. Dəfn mərasimində rəsmilər, hərbçilər və rayon ictimaiyyəti iştirak ediblər. Qəhrəmanlıq heç vaxt bir anın bəhrəsi ola bilməz. O, bizi illər sonra yaddaşlara əbədi yazacaq bir keyfiyyətdir. Azərbaycan xalqı, oğul və qızları da hər zaman bu keyfiyyətə sahib olublar ki, içində vətən sevgisi daşıyıb onun qarşısındakı borcunu layiqincə ödəəyənlərdən biri də Vüqar sadıqov olub. O, vətən torpağı tam olsun deyə ömür payını bu yolda keçib. Azərbaycan bayrağının şəhidin oğluna təslim edilməsi hə kəsi qürurlandırıb. Şəhid kənd qəbirstanlığında torpağa tapşırılıb.

Azərbaycan ordusunun şəhid olan baş əsgəri 24 yaşlı Elşad Dönməz oğlu Məmmədov isə doğulub boya başa çatdığı Tovuzun Ağdam kəndinə gətirilib. Şəhidin nəşi böyük qürur və hörmət hissi ilə qarşılanıb. Ölümün gözünə dik baxaraq bütün yüksəkliklərdən ucada dayanmağa müvəffəq olan Elşad Məmmədov şəhidliyi ilə qürur yerinə, əsl örnəyə çevirilib. DƏfn mərasimində Azərbaycan vətəndaşının öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməli olduğu xüsusu vurğulanıb. Şəhidin nəşi kənd qəbirstanlığında torpağa tapşırılıb.

Şəhid olan əsgər Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb. Şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə doğulduğu evə gətirilib.

Vida mərasimdən sonra Xəyyam Daşdəmirovun cənazəsi qəbiristanlığa aparılıb. Vətən uğrunda canından keçən hərbiçimiz böyük izdihamla Azərbaycanın Dövlət Himni və şüarlarla son mənzilə yola salınıb.

Şəhidimizin tabutunun üzərinə salınmış üçrəngli bayraq atasına təhvil verilib. 

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun nəşi isə Biləsuvar rayonu Aşağı Cürəli kəndinə gətirilib. Rəşad Mahmudov Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində davam edən gərginlik zamanı şəhidlik zirvəsinə yüksəlib.

Şəhid Aşağı Cürəli kənd qəbirstanlığında torpağa tapşırılıb.