• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1502
— 13.07.2020 11:29

Yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsi saxlanıb

KepezTV Player

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi  qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsini aşkarlayıblar. Məlum olub ki, həmin şəxs Sumqayıtda 9-cu mikrorayonda yaşayan 42 yaşlı Rövşən Bağırovdur. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.