• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2298
— 13.07.2020 11:26

Gəncədə maarifləndirmə xarakterli reydlər davam edir

KepezTV Player

Gəncədə koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı həyata keçirilən maarifləndirmə xarakterli reydlər davam edir. Bələdiyyə könüllüləri tərəfindən təşkil edilən reyd zamanı şəhərin Məxrəsə Bağı və Yeni Gəncə qəsəbəsində fəaliyyət göstərən supermarketlərə baxış keçirib, sözügedən məkanlarda xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vəziyyətini araşdırıblar. Vətəndaşlarla sanitar və epidimioloji qaydalara mütləq şəkildə riayət olunması ilə bağlı maarifləndirici söhbətlər aparan reyd iştirakçıları bildiriblər ki, sosial məsafə, tibbi maska, əlcək və tibbi spirtdən istifadə qaydalarına hər bir sakin riayət etməlidir və yalnız bununla koronavirusu lokallaşdırmaq, insanların sağlamlığını təmin etmək mümkün olacaq.

Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.