• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1885
— 13.07.2020 10:27

Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib.İtki verən düşmən geri oturdulub.Düşmən hücumunun qarşısı alınarkən hərbi qulluqçularımız şəhid olub.

PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Müdafiə Nazirliyinin məlumatına görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Rəşad Mahmudov şəhid olub. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücum cəhdi nəticəsində Azərbaycan Ordusunun çavuşu Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhid olublar.Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir. Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür. Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb. Bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!