KepezTV Player
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir. Bununla əlaqədar gecə saat 1-dən 13 iyul səhər saat 6-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyatın hərəkəti dayandırılıb.Növbəti məhdudiyyət isə gələn həftəsonu - 18 iyul gecə saat 1-dən 20 iyul saat 6-dək nəzərdə tutulur.
- Baxış: 497