• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 960
— 10.07.2020 20:20

Qəzada 4 nəfər xəsarət aldı

KepezTV Player

Samuxda iki avtomobil toqquşub. Hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. “VAZ-2107” və “NAZ-Lifan” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.Xəsarət alanlardan üçü - rayon sakinləri, 21 yaşlı İsmət Hümbətov, 50 yaşlı Vaqif Məmmədov, 41 yaşlı Elnarə Məmmədova Gəncədəki xəstəxanalardan birinə yerləşdiriliblər. Bir nəfərə isə xəsarəti yüngül olduğundan hadisə yerində yardım göstərilib. İlkin ehtimala görə, qəzaya səbəb Naz Lifan markalı avtomobilin ötmə əməliyyatı həyata keçirməsi olub. Faktla bağlı araşdırma aparılır.