• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 10.07.2020 15:13

Göygöldə restoranların sahibi və müştəriləri məsuliyyətə cəlb olundu

KepezTV Player

Göygöldə isə iaşə obyektlərində gecə reydi keçirilib, karantin rejiminin tələblərini pozan şəxslər məsuliyyətə cəlb edilib. Polis əməkdaşları ilə birgə çəkiliş qrupumuz da yoxlamalarda iştirak edib. Maraqlı kadrlarımız var, qarşıdakı videomatarialda tanış izləyə bilərsiniz.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejimi qaydalarının təmin olunması istiqamətində Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Növbəti reyd zamanı polis əməkdaşları qaydaları pozaraq restoranlara üz tutan  şəxsləri ifşa ediblər.

Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe, restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar müəyən edilib. Belə ki, xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisindəki ictimai iaişə obyektlərinin müştərilərə yerində xidmət göstərməsi qadağan olunmasına baxmayaraq, Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində bir neçə məkanın fəaliyyət göstərdiyi məlum olub.

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı: Göygöl rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olara qrayon ərazisində reydlər təşkil edirlər. Təşkil olunan sonuncu reyd zamanı rayonun Yalqışlaq kəndi ərazisində 3 kafe və restoranın müştərilərə yerində xidmət göstərildiyi müəyən edildi.

Polis əməkdaşları həmin obyektlərin fəaliyyətini dayandırıb, sahibləri və müştəriləri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 200 manat məbləğində cərimə ediliblər.

Natiq Hüseyn