KepezTV Player
Rusiyada və Türkiyədə koronavirusla mübarizə sahəsində çalışan bir qrup mütəxəssis Azərbaycana gəlib. Heyətə daxil olan reanimotoloq və pulmonoloqlar azərbaycanlı tibb personalı ilə görüşür, pandemiyaya qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparılır. Türkiyə Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiyadan olan yüksək ixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.
- Baxış: 421