• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2079
— 09.07.2020 11:45

Külli miqdarda heroin dövriyyədən çıxarılıb

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb regional şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Ağdaş rayon ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon Atakişili kənd sakini Fuad Zeynalovun üzərindən təmiz çəkisi 773 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Kürdəmir rayon Atakişili kəndindəki fərdi yaşayış evindəki soyuducudan 2 kiloqram 742 qram heroin və 345 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Natiq Hüseyn