Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 33 həkim koronavirusa yoluxub. Universitetin mətbuat kabiti Günel Aslanovanın sözlərinə görə, Tibb Universitetinin Tədris Terapevtik Klinikasında isə bugünə qədər koronavirusa yoluxanlarınn sayı 20-dən çoxdur.
Günel Aslanova ATU-nun mətbuat xidmətinin rəhbəri: Onlardan 6-sı sağalaraq evə yazılıb. Hazırda 27 tibb işçisinin müalicəsi davam etdirilir. Bu şəxslərin 21-i reanimasiya şöbəsinin əməkdaşıdır. 8-i həkim rezident, 13 nəfəri isə orta personaldı. Onu da qeyd edim ki, ATU-nun Tədris Terapeftik klinikasından da 24 nəfər COVİD19-a yoluxub. Bunların içində həkimlər, rezidentlər, ort tibb personalı daxildir. Bu işçilərdən də artıq sağalıb iş başında olanı da var, sağalıb evə buraxılanları da var.
- Baxış: 351