Qazaxda polis karantin qaydalarını pozub kütləvi məclis təşkil edən şəxsləri saxlayıb. Xeyli sayda vətəndaşı bir yerə toplayıb nişan mərasimi edənlər barəsində qanuna müvafiq tədbir görülüb. Elə restoran sahibi də cəzadan yaxa qurtara bilməyəcək. Ətraflı növbəti videomaterialda.
Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən restoranların birində nişan mərasimin keçirliməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və qonaqları şöbəyə gətiriblər. Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Tahir Muradov əvvəlcədən obyektin sahibi, əvəllər məhkum olunmuş, Tahir Novruzov ilə razılığa gələrək restoranda nişan mərasimi təşkil ediblər.
Şakir Rüstəmov Qazax RPŞ-nin rəis müavini: Ölkə ərazisində tətbiq olunan karantin rejiminə zidd olaraq nişan mərasimi keçirilib. Dərhal polis əməkdaşları restorana gedərək məclisi dayandırıb. İştirakçıları və restoranın sahibini Qazax rayon polis şöbəsinə gətiriblər. Araşdırmalarla məlum olub ki, vətəndaş Muradov Tahir restoran sahibi Tahir Novruzovla qabaqcadan əvvəlcədən razılığa gələrək nişan mərasiminin təşkilini razılaşıblar.
Razılıq əsasında obyekt sahibi müştərilərini əmin edib ki, heç bir qanun pozuntusundan söhbət gedə bilməz.
Tahir Muradov məclis sahibi: Mən ona dəfələrlə dedim gələrlər cərimələyərlər. Qonaqların yanında utanaram ölərəm xəcalət çəkərəm. Dedi heç bir cərimədən söhbət belə gedə bilməz. Rəsmi icazə almışam. Mən burada nə edirəm cərimə olunam. Olsa da mən ödəyəcəm.
Yusif Novruzov məclis sahibi: Problem yoxdur hamısı mənlikdi dedi. İkinci dəfə qudam ora gedib. O da deyib ki, bir narazılıq yoxdur. Hamısından icazəsini almışam. 50 nəfərə kimi məsafə saxlamaqla otura bilərsiz.
Obyekt sahibi Tahir Novruzov bu kimi halın qanun pozuntusu olmasından xəbərsiz olduğunu və əməlindən peşman olduğunu deyib.
Tahir Novruzov obyekt sahibi: Mən bilirdim çayçı kafe işləyə bilər. 5 nəfər aralı oturmaqla icazə verilir. Ancaq mən bilmədim ki belə bir şey qadağandır. Toy nişan ad günü və ya belə şeylər. İndi də bunu etdiyimə görə peşmanam. Bundan sonra olmayacaq.
15 nəfər məclis iştirakçısı inzibati qaydada 200 manat məbləğində cərimə edilib. Restoran sahibi Tahir Novruzov barəsində isə toplanan materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Natiq Hüseyn
- Baxış: 2012