• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2121
— 03.07.2020 12:14

Tərtərdə 2 yaşlı uşaq qətlə yetirildi

KepezTV Player

Ötən gün Tərtər rayonu, Hacıqərvənd kənd sakini, 2 yaşlı Ömər Ağazadənin başına kürəklə vurularaq xəsarətlər yetirilib. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.Ömər Ağazadə bu gün aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.Faktla bağlı Tərtər rayon prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.İlkin istintaqla cinayətin Tərtər rayon sakini, 32 yaşlı Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.