• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1768
— 02.07.2020 12:30

AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

KepezTV Player

Həftənin şənbə günü, iyul ayının 4-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək.Bu barədə Azərbaycan Hava Yollarından məlumat verilib. Bilet satışı aviaşirkətin rəsmi saytında başlanıb.Bakı-İstanbul-Bakı istiqamətində uçuş “Airbus A320” təyyarəsində ekonom sinifdə 168 sərnişin nəzərdə tutulmaqla yerinə yetiriləcək.Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı zamanı tətbiq edilən tariflərlə analojidir.Tələbələr 30% həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə saytda təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir.