• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 02.07.2020 12:27

Oksford peyvəndi təsirini göstərdi

KepezTV Player

Oksfordun inkişaf etdirdiyi “AZD1222” peyvəndi 3-cü mərhələdə müsbət nəticələr göstərib. Bu barədə Oksford Universitetinin vaksinoloq alimi Sara Gilbert açıqlama verib. Peyvənd sınaqlarda virusa qarşı düzgün immun reaksiyanın yaranmasına müvəffəq olub. Onun sözlərinə görə, 3-cü mərhələdə ümumilikdə 8 min könüllü iştirak edib.Gilbert peyvəndin nə vaxt hazır olacağına dair dəqiq bir tarix verə bilməyəcəyini, bunun sınaqlar tam nəticələndikdən sonra mümkün olacağını vurğulayıb.