• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2127
— 30.06.2020 20:04

Əbədi sevginin tarixə qoyduğu iz

KepezTV Player

Sevgi... İlahi möcüzə, duyğuların ən kövrəyi, ən təmizi, kədərin və sevincin təcəssümü. Müasir zamanın böhranlı-qayğılı dövründə bəzən bu ülvi hiss haqqında danışmaq bir qədər gülünc gəlir. Əlamətdar günün səbəbkarı İlham və Fərizə cütlüyünü indiki gənclərimizlə müqayisə edərkən, nədənsə həmin sevgi insana nağıl kimi görünür. Görəsən, indi bir sevgiyə tac olacaq sədaqət, şəfqət hisslərini bütünlüklə özündə birləşdirən o sevgilər hanı? Doğrudanmı həmin o duyğular ötən əsrin nağıllarında, arzularında, bir də tarixində qaldı?

Nədir sevgi? Bu ifadə xoşbəxtliyi pıçıldayıb kədəri qovan, bəzən isə tam əksini yaşadan, hamının arzu etdiyi kövrək hissdi. Adıçəkilən duyğu haqda tükənməz, bitməz deyirlər. Amma kiminə görə sevgi var, yaşadan yox, kiminə görə isə ümumiyyətlə onun xüsusi tarixi yox...

Sara Babayeva - psixoloq: Sevginin günü yoxdur. Sevənlər və sevgililər üçün hər gün gözəl gün olmalıdır. Çünki onlar hər zaman bir-birindən diqqət, qayğı gözləyir. Amma unudanlar üçün bu gün bir fürsətdir. Yəni əslində belə bir günün olması vacibdir.

Psixoloqların sözlərinə görə, kişilər qadınlarla müqayisədə ruhən daha zəif olduqları üçün onların da diqqətə və sevgiyə ehtiyacı var. Belə olan məqamda ilk addımı onlardan gözləmək heç də doğru deyil.

Sara Babayeva - psixoloq: Sevgililər üçün ən gözəl hədiyyə qarşılıqlı hörmətdir. Bir-birinə sevdiyini hiss etdirməsi, dəyər verməsidir. Qarşılıqlı olmalıdır, hər iki sevgili bir-birinə anlayış göstərməlidi. Tək sevgililər günü yox, hər gün xoş sözlər deməlidir. İnsan qarşısındakı insanı xoşbəxt görəndə həqiqətən xoşbəxt olur.

Əvvəlki dövrlərdən fərqli olaraq bu günün sevgiləri real və virtual cəbhələrə bölünüb. Virtual dünyanın dərinliklərində itib-batan əksər gənclərimizdə sevgi qavramını dərk etmək səviyyəsi əfsuslar olsun ki, hələ də ürəkaçan deyil.