• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 30.06.2020 20:08

Yeni cins toyuq növü yaradılır

KepezTV Player

Hazırda ölkədə fərdi və iri təsərrüfatlarda 31 milyona yaxın toyuq saxlanılır. Lakin bu toyuqların məhsuldarlığı kifayət qədər yüksək deyil. Məhz elə bunun üçün çarpazlaşdırılan yeni cücələrin yaradılması üzərində sınaq təcrübəsi aparılır.

Fizuli Mirzəyev - HETİ-nin direktor müavini: Respublikamızda cins toyuqlar yoxdu və əsasən quş populyasiyaları istifadə olunur. Ona görə də gələcəkdə respublikanın brendi kimi yeni toyuq cinsini yaratmaqdır. Bu istiqamətdə elmi tədqiqat işlərini aparırıq. Bir neçə ildən sonra buna nail olacağıq.

Heyvandarlıq Elmi-Tətqiqat İnstitutunun quşçuluq laboratoriyasında yerli iqlim şəraitinə uyğunlaşan, xəstəliklərə davamlı yeni xəttin üzərində sınaq işi aparılır. İnstitutda bəslənən 3 minə yaxın cücənin gündəlik inkişafı ilə yanaşı qənəd lələyi, diri çəkiləri yoxlanılır.

Aqil Mehdiyev - quşçuluq laboratoriyasının müdiri: Bu quşların böyümə və inkişafı yerli quşlara nisbətən daha tez yetişəndi. Bu ətlik və yumurtalıq istiqamətindədir. Sahibkarla əlverişlidir. Ona görə ki, qoyduqları əmtəni qısa bir müddətdə çıxarda bilirlər.

Daha tez yetişən bu cücələr sürətlə inkişaf edərək 50-55 günündən sonra kəsim çəkisinə - 1,5 kq-a çatır.

Çinarə Qasımova - laboratoriyanın işçisi: Səhər saat 9-da gəlirik başlayıb suyuna yeminə baxırıq. Suları sistemlədir, yemləridə asılma qablardı doldururuq. İki saatdan bir nəzarət edirik ki, yemlənməsi olsun.

Həm ətlik, həm də yumurtalıq üçün çox sərfəli hesab olunan bu cücələr İnstitutun laboratoriyasında tam olaraq zoogenik qaydalara riayət olunmaqla saxlanılır. Saxlanan ərazi dezinfeksiya edilir, baytarlıq tədbirləri görülür və cücələr ardıcıl olaraq peyvənd olunur.

 

Elnur Vahidoğlu