• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 30.06.2020 19:45

İyulun 2-3-də 28 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi 2-3 iyulda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirəcək. Proses respublikanın 28 şəhər və rayonunda baş tutacaq. Saat 11:00-da başlayacaq imtahanlara buraxılış rejimi saat 10:45-də başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçılar üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.