• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 30.06.2020 20:01

Prezident İlham Əliyev sərəncam imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Prezident Administrasiyası koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etməlidir. Həmçinin jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Prezidentə təqdim etməlidir.