Evinin həyətində məclis quran ev sahibi və qonaqlar barəsində qanuna müvafiq tədbir görülüb. Ətraflı növbəti videomaterialda.
Görüntülər İyunun 29-da Şəmkir rayonun Xuluf kəndində lentə alınıb. Kənd sakini Əkbər Qəribov azyaşlı övladı üçün kiçik toy məclisi keçirmək istədiyi alınmayıb. Hətta bununla bağlı Rayon Polis Şöbəsinə müraciət etsə də karantin qaydalarına uyğun olaraq rədd cavabı alıb və ona ciddi xəbərdarlıq edilib. Bununla belə hüquqazidd əməlini törətməkdə qərarlı olan Əkbər Qəribov yaşadığı evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edib.
İlqar Əliyev - Şəmkir RPŞ-nin rəis müavini: Şəmkir RPŞ-nin əməkdaşları dərhal vətəndaşın evinə gələrək məclisin başlanmasını dayandırmış,oradakı iştirakçıları rayon polis şöbəsinə gətirərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat həddində cərimə edilib. Məclisin təşkilatçısı, polisin qanuni tələbinə qəsdən tabe olmayan Əkbər Qəribov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci maddələri ilə müvafiq protokol tərtib olunaraq məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Şöbədə toy məclisinin təşkilatçısı və iştirakçıları ilə bir daha profaltiki söhbətlər aparılıb. Onlara karantin qaydalarının tələbləri izah olunub. Vətəndaşlar səhv etdiklkərini etiraf edib peşman olduqlarını gizlətməyiblər.
Əkbər Qəribov - toy sahibi: Uşağı məcbur olub kəsdirdik. Əməlimizdən peşmanıq. Qohum-qonşular gəldi məcbur olub stol açdıq. Qaydaları pozduğumuza görə peşmanıq.
Samirə İsmayılova- toy iştirakçısı: Ürəyim durmadı. Bir dəqiqəlik gedib orad aiştirak edib bir stəkan çay içdim. Əlbəttə olmaz. Düzdür etdiyimiz səhvə görə çox peşmanıq.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində zəruri tədbirləri davam etdirir.
Natiq Hüseyn
- Baxış: 2558