Karantin rejiminə uyğun olaraq Gəncədə dezinfeksiya işləri davam etdirilir. Bu dəfə virus əlehinə tədbirlər şəhərin qəsəbələrində genişmiqyaslı şəkildə təşkil edilib. Dezinfeksiya işlərinə Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin 50-ə yaxın canlı qüvvəsi cəlb edilib. Qəsəbələrin ərazilərində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsdi daşıyan işlərdə xloramin məhlulundan istifadə olunub. Qəsəbələrin daxili yolları, sakinlərin gediş-gəlişləri üçün hərəkət zolaqları, qapıların qarşısı xüsusi çiləyici aparatlarla dərmanlanıb. Dizinfeksiya işləri paralel olaraq şəhərin 5 qəsəbəsində aparılıb. Bu işlər mütamadi olaraq davam etdirilir. Qəsəbələrin dezinfeksiya işləri başa çatdıqdan sonra çoxmərtəbəli yaşayış binalarında təkrar dizinfeksiya aparılacaq.
- Baxış: 822