• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2057
— 29.06.2020 19:03

DSMF-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi

KepezTV Player

Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri aşkar edilib. Baş Prokurorluğun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə məlumatına əsasən, istintaqla müəyyən edilib ki, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərov müdir müavini Bəyəli Xəlilov və 2010-2016-cı il tarixlərində DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq 2015-2017-ci illərdə saxta sənədlərlə pensiya təyin etmək müqabilində 32 rayon sakinindən 122 min manat rüşvət tələb edib və vasitəçi kimi tanışı Şahin Məmmədovun köməkliyindən istifadə edib. Həmçinin, Elçin Ələkbərovun pensiya təyin etdirmək imkanına malik olduğunu yalandan bildirərək ümumilikdə 21 nəfəri təkrarən aldadıb 70 min manatı ələ keçirib və cinayətkar qrupun üzvü Əbülfəz İbrahimovla aralarında bölüblər. Elçin Ələkbərov, Bəyəli Xəlilov və Arif Qənbərov Cinayət Məcəlləsinin qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma və digər maddələri ilə həbs ediliblər. Şahin Məmmədov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bundan başqa, 2016-2018-ci illərdə DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin müdiri işləmiş Nizami Əhmədov və pensiya sektorunun müdiri işləmiş Səmayə Eminova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz pensiyanın təyin edilməsinə və ödənilməsinə şərait yaratdıqlarına görə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.