Dövlət Yol Polisi Şəmkirdə sərnişindaşıma ilə məşğul olan avtobus, taksi və şəxsi nəqliyyat vasitələrində sürücü və sərnişinlərlə maariflədirici söhbətləri davam etdirməklə qaydalara riayət etməyənlərə qarşı tədbirlər görürlər. Sərnişinlərə tibbi maska paylanılır.
Kadrlardan göründüyü kimi sükan arxasında tibbi maskadan istifadə etmədən sərnişin daşıyan bu sürücü yalnız yol polislərini gördükdən sonra maskadan taxmağa çalışır.
Sürücü: Ola bilsin ürəyim darıxıb bir iki dəqiqəlik çıxartmışam. Mən demirəm olmaz.
Şəmkir rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi yoxlamalar zamanı digər pozuntular da üzə çıxıb.
Özləri tibbi maskadan istifadə etməyən sürücülər sərnişinlərdən də bunu tələb etmirlər. Pandmeiya dövründə virusun yayılmasının qarşısının alınması məqsədi daşıyan yoxlamalar zamanı qaydalara əməl etməyən ictimai nəqliyyat vasitələrinin sürücülərinə inzibati protokollar tərtib olunub.
Vətəndaşlarla söhbətlər zamanı tibbi maskadan istifadənin zəruri olduğu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları ictimai nəqliyyatda maskasız əyləşən sərnişinlərə pulsuz tibbi maska paylayıblar.
Nurtac Bayramov - baş inspektor: Şəmkir rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları pandemiya dövründə xidmətlərini gücləndirilmiş iş rejimində davam etdirir. Əsas məqəsdimiz hazırki tələb olunan qaydalara əməl etməyən sürücülərin aşkar olunması onların barəsində inzibati xətalar məcəlləsinə uyğun olaraq protokolların tərtib olunmasıdır. Eyni zamanda onların maarifləndirilməsidir. Sevindirici hal ondan ibarətdir ki, hal-hazırda Şəmkir rayonu ərazisində xüsusi rejim qaydalarına demək olar əməl olunur. Bütün vətəndaşlardan xahişimiz odur ki, qaydalara əməl etsinlər öz sağlamlıqlarını təhlükəyə atmasınlar.
Yol polisi əməkdaşları taksi fəaliyyəti ilə məşğul olan sürcülərlə də profalktiki söhbətlər aparıb. Onlara qaydalar bir daha izah olunub. Ancaq xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən və nəqliyyat vasitəsində şəffaf arakəsmə olmayan taksi sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.
Natiq Hüseyn
- Baxış: 664