Gəncədə ötən gün əsən güclü külək zamanı şəhərin müxtəlif ərazilərində 14 iri gövdəli ağac aşıb. Nəticədə yaşayış binaları, hasarlar və mağazalar üçün təhlükə yaranıb. Təbiət hadisəsi nəticəsində yaşı çox olan qurumuş və kövrək ağaclar aşıb. Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən aşan ağaclar kəsilərək ərazidən daşınıb, bəzi ağaclar isə budanıb.
Elmar Əzizov Yaşıllaşdırma şöbəsinin rəisi:Dünən Dədə Qorqud küçəsində küləyin verdiyi fəsad nəticəsində çinar ağacının üstünə düşməsinin qarşısını aldıq. Bundan başqa Azərbaycan küçəsində, Sadıllı qəsəbəsində, Ərdəbil küçəsində ağac aşmışdı onu kəsdik. Külək əsasən kövrək ağacları aşırır, bunlarda əsasən qovaq ağacı, yaşı çox olan qurumuş ağacların budaqlarıdır. Küləyin təsiri nəticəsində bunlar qırılır, insanlara, yaşayış binalarına zərər verir. Bizim tərəfindəndə bu fəsadlar aradan götürülür. Dədə Qorqud küçəsinə gedəcəyik orda da bir dənə zərər çəkmiş ağac var.
- Baxış: 2804