KepezTV Player
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə ötən gün ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan ümumilikdə 2094 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 500-ü rayon, 250-i paytaxt istiqamətinə olmaqla 750 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 1255 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
- Baxış: 625