• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 719
— 27.06.2020 14:43

Növbəti maarifləndirici reyd

KepezTV Player

Gəncə sakinlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, elan olunan karantin rejimi qaydalarına əməl etmələri ilə bağlı vəziyyət nəzarətdə saxlanılır. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərdə növbəti dəfə reyd keçiriblər, sakinlərlə profilaktiki söhbətlər aparılıb, qaydaları pozanlar cəzalandırılıb.

Koronavirus pandemiyası ilə əlaqədar ölkənin Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların şəxsi heyəti gücləşdirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Yoxlamar həm təbliğat, həm cərimə edilmə istiqamətində aparılır.

Polis əməkdaşları mövcud məhdudlaşdırıcı tələblərin vətəndaşların sağlamlığı, yarana biləcək təhlükənin qarşısının alınması məqsədi daşıdığını vurğulayıblar. Sərnişindaşıma ilə məşğul olan sürücülərin də karantin rejimi qaydalarına əməl etməsi istiqamətində müvafiq addımlar atılıb.

Yaxın məsafəli ünsiyyət zamanı virusa yoluxma riskinin daha yüksək olduğu vətəndaşların diqqətinə çatdırılıb, sakinlərə ən zəruri hallarda evdən çıxmağı, tibbi maska, spirt və əlcəkdən istifadə etmələri tövsiyə olunub.

Valeh Anaroğlu