• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 27.06.2020 11:08

60 kiloqrama yaxın narkotik aşkarlandı

KepezTV Player

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Əli Məlikov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, hündürlüyü 30-175 sm olan və ümumi çəkisi 57 kq 530 qr təşkil edən 81 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb. Digər bir əməliyyat tədbiri ilə eyni əməllə məşğul olan rayon sakini Zəfər Qəniyev də saxlanılınıb. Ona məxsus həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən hündürlüyü 75-170 sm, ümumi çəkisi isə 2 kiloqramdan artıq olan 14 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.Dindirilmə zamanı hər iki şəxs narkotik tərkibli bitkiləri şəxsi istifadələri üçün yetişdirdiklərini etiraf ediblər.

Faktlar araşdırılır.