• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2411
— 27.06.2020 11:35

8324 nəfər magistraturaya qəbul olunub

KepezTV Player

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb. Bu il magistraturaya müsabiqə şərtlərini ödəyən proqram və ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfər magistraturaya qəbul olunub. Onlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul planı 88.38 % dolub. 1094 plan yeri boş qalıb.