• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 26.06.2020 19:37

Xəbərçilik- istəyinə nail olmaq üsuludur

KepezTV Player

Cəmiyyətdə qınaq obyektinə çevrilən davranışlardan biri, bəlkə də birincisidir - xəbərçilik. Bir çoxlarının bəlkə də “sevimli məşğuliyyəti” olan söz gəzdirmək insanlar arasında həmişə pis qarşılanıb. Məhz bu səbəbdən də, valideynlər övladı hər gördüyünü danışanda narahatlıq hissi keçirir: Ona dərhal "Xəbərçilik etmə!", "Başqasının sözünü danışma!" deyərək sözünü yarıda kəsir. Gələcəyimizin təminatı olan körpələri bu cür davranışlardan uzaq tutmaq üçün nə etməli ?

Xəbərçilik- istəyinə nail olmaq üsuludur. Uşaq öz mənafeyini qorumağa çalışır, böyüklərin hörmətini qazanmaq və layiq olmadığı cəzadan yaxa qutarmaq istəyir. Bəzi valideynlərin övladlarının xəbərçi olmağından şikayətçi olması, əksər insanlara məlumdur. Psixoloqlar da deyir ki, valideynlər bu halı şikayət kimi irəli sürsələr də anlamalıdırlar ki, bəzən özləri bilsələr də, bilməsələr də övladlarının xəbərçi olmaqlarına şərait yaradırlar.

Evdə olan hadisələri getdiyi hər yerdə danışmağa başlayan balaca düşünür ki, valideynləri onu yalnız nəyisə xəbərləyəndə dinləyir. Və bu onda adət halı alaraq, artıq uşaq bir yerdə baş verən hadisələri digər yerdə danışmağa çalışır. Taciyə Mehdisoy çıxış yolunu valideynlərin sorğu-sual etmək metodlarının dəyişməyiNI vacib olmasında görür.

Hər bir valideyn övladı üçün əlindən gələni əsirgəmir. Amma bəzən məhz elə bu valideyn qayğısı uşaqlara xeyirdən çox zərər verir. Bəzən övlada olan sevgi onun bütün istəklərini yerinə yetirmək kimi qəbul edilir. Uşaqların parlaq gələcəyi naminə qayğı və sevginizi onlardan əsirgəməyin. Qoy körpənizin həyat səhifəsi sevinclə yazılsın.