KepezTV Player
Azərbaycanda koronavirus infeksiyasına 517 yeni yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 15 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib, 6 818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 980, ötən müddət ərzində isə ümumilikdə 456 215 test aparılıb.
- Baxış: 530