• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1266
— 26.06.2020 17:43

Gənc qızın kirayə qaldığı ev qarət edildi

KepezTV Player

Bakıda mənzildən oğurluq edən şəxs yaxalanıb. Hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov küçəsində yerləşən mənzillərin birində baş verib. Kirayənişin 24 yaşlı Aydan Məmmədovanın yaşadığı evdən açarseçmə yolu ilə 970 manat dəyərində məişət əşyaları və 2 ədəd ümumi dəyəri 600 manat mobil telefon oğurlanıb. Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyatla oğurluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 31 yaşlı Əliheydər Alıyev saxlanılıb. Araşdırmalar davam etdirilir.