• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 24.06.2020 16:01

Gəncə sakinindən 5 kq-a yaxın narkotik götürülüb

KepezTV Player

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini 32 yaşlı Fərid Məmmədovun Kəpəz rayonu ərazisindəki evinin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 52 ədəd çətənə kolu, evindən isə 4 kiloqram 830 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.