• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 24.06.2020 16:08

Abşeron rayonunun baş memarı və daha bir vəzifəli şəxs həbs olunub

KepezTV Player

Baş Prokurorluq Abşeron rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməllərini ifşa edib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə Abşeron rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər araşdırılıb. Rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində alıb. Daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1500 manat məbləğində pul vəsaitini alıb. Məhkəmənin qərarı ilə Akif Əliyev barəsində 4 ay, Murad Əhmədov barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədov isə Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3000 manat məbləğində pulu özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.