• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2131
— 23.06.2020 16:24

Ağstafada çətənə əkən şəxs saxlanılıb

KepezTV Player

Ağstafada polis əməliyyat keçirib. Əməliyyat zamanı narkotik əkib becərməkdə şübhəli bilinən şəxs saxlanılıb. Yaşağıdı evin həyətindən külli miqdarda çətənə kolları aşkarlanaraq götürülüb.

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilib. Rayonun Göycəli kənd sakini 36 yaşlı Vaqif Mehdiyevə məxsus evin həyətyanı sahəsində narkotik xassəli çətənə - Kannabis bitkiləri götürülüb.

Elçin Nəsibov müstəntiq: Ümumi çəkisi 5,675 qram tərkibində narkotik maddələri olan çətənə kolları aşkara edilərək götürülüb. Mütəxəssis rəyinə əsasən həmin narkotik aşkar olunmuş 30 ədəd çətənə kolunun hər birinə xüsusi qaydada qulluq edilməklə yetişdirildiyi məlum olub.

Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Vaqif Mehdiyev çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Vaqif Mehdiyev saxlanılan şəxs:  Məqsədim özüm çəkmək idi. Stressimi atmaq üçün çəkmək istəyirdim. Toxumları tələbə vaxtından ələ keçirmişdim. Amma heç vaxt əkmirdim. Toxumu saxlayırdım.

Vaqif Mehdiyevin barəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Natiq Hüseyn