• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2348
— 23.06.2020 11:57

Kürdə batan oğlanın meyiti tapıldı

KepezTV Player

Kürdə batan oğlanın meyiti tapılıb. Hadisə  çayın Kürdəmirin Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayonu, Telişli kənd sakini 16 yaşlı  Aqil Usubov həmyaşıdları ilə Kürdə çimərkən qəfildən halı pisləşib və boğulub. Ətrafdakılar onu sudan çıxarmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Hadisə yerinə İmişli və Kürdəmir rayon polis şöbəsinin əməkdaşları, eləcə də FHN-in Mingəçevir ARAN dalğıc axtarış qrupunun əməkdaşları cəlb olunublar. Aqil Usubovun meyiti müvafiq dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.